Azərbaycan, Bakı,14 iyul /Trend/
Misir prokurorluğu keçmiş prezident Məhəmməd Mursi barəsində cinayət işinin başlanılması barədə açıqlama ilə çıxış edib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
Məhəmməd Mursi casusluq, zorakılığa təhrikçilik və dövlətin iqtisadiyyatına ciddi zərər vurmaqda ittiham olunur.
Qeyd edək ki, Məhəmməd Mursi həbs olunandan sonra Milli ordu birləşmələrinin nəzarəti altında məxfi yerdə saxlanılır. Bu günədək ona qarşı heç bir ittiham irəli sürülməmişdi.