Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbirlər A. Bədəlova, N.Ümid/
Misir ordusu ölkədə balansı bərpa etməlidir. Trend-in "İSNA" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın yeni seçilmiş müdafiə naziri Hüseyn Dehqan bildirib.
Dehqan bu bəyanatı müdafiə naziri kimi ilk iş günündə səsləndirib.
"Misirdə baş verən kədərli hadisələr bu ölkədə milli hakimiyyəti dağıdacaq". Dehqanın sözlərinə görə, Misirdə davam edən qeyri-sabitlik Şimalı Afrikanın təhlükəsizliyini zəiflədəcək ki, bu regionlararası güclərin müdaxiləsi ilə nəticələnəcək.
Avqustun 15-də Parlament tərəfindən İranın müdafiə naziri vəzifəsinə təsdiqlənən Dehqan daha əvvəl Məhəmmət Hatəmi ( 1997-2005 -ci illər) administrasiyasında İran Silahlı Qüvvələrin logistikası və müdafiə nazirinin müavini vəzifəsində çalışıb.