...

İranda ticarət mərkəzində silahlı insident baş verib

Dünya xəbərləri Materials 25 Sentyabr 2013 10:31 (UTC +04:00)
Dünən İranın Şərqi Azərbaycan vilayətinin Marağa şəhərindəki "Gonbad" Ticarət Mərkəzində naməlum şəxs odlu silahdan atəş açaraq müştərilərdən birini öldürüb.
İranda ticarət mərkəzində silahlı insident baş verib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

Dünən İranın Şərqi Azərbaycan vilayətinin Marağa şəhərindəki "Gonbad" Ticarət Mərkəzində naməlum şəxs odlu silahdan atəş açaraq müştərilərdən birini öldürüb. Bu barədə Trend İranın "Fars" agentliyinə istinadən bildirib.

Hadisə yerli vaxtla təxminən saat 20:00 radələrində baş verib.

Sonra cinayətkar iki nəfəri girov götürüb.

Polislər dərhal hadisə yerinə gəliblər, cinayətkarla atışma zamanı o yaralanıb. Atışmada girovlara zərər dəyməyib.

Bildirilir ki, qatil İranın cənub-qərbində yerləşən Kirman vilayətindəndir və qətl hadisəsini öldürülən şəxslə aralarında olan şəxsi münasibətlərlə əlaqədar törədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti