...

Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayarsa, RF-nin Ermənistandakı bazası hərbi münaqişəyə qoşula bilər

Dünya xəbərləri Materials 31 Oktyabr 2013 14:27 (UTC +04:00)
102-ci hərbi bazanın nəzarət zonasında hərbi-siyasi vəziyyət qeyri-sabit olaraq qalır.
Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayarsa, RF-nin Ermənistandakı bazası hərbi münaqişəyə qoşula bilər

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

102-ci hərbi bazanın nəzarət zonasında hərbi-siyasi vəziyyət qeyri-sabit olaraq qalır. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyası (RF) Hərbi Qüvvələrinin Cənub hərbi dairəsinin 102-ci hərbi bazasının komandiri polkovnik Andrey Ruzinski deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayarsa, RF-nin Ermənistandakı bazası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq hərbi münaqişəyə qoşula bilər.

102-ci hərbi bazanın 13 əsas hərbi bölmə və 17 hərtərəfli təminat bölməsindən təşkil olduğunu deyən A. Ruzinski qeyd edib ki, Rusiyanın Ermənistandakı hərbi heyətinin özəlliyi zenit-raket diviziyası, reaktiv artilleriya batareyası və aviasiya bazasıdır.

Onun sözlərinə görə, Yerevanın ətrafındakı "Erebuni" aviabazasında müəyyən dəyişikliklərin ediləcəyi gözlənilir: "Belə ki, onun ərazisində qarışıq aviasiya parkının yerləşdirilməsi planlaşdırılır. Bununla əlaqədar zəruri olan ikitərəfli sənədlər zərfi imzalanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti