...

Prokurorluq Tsarnayev üçün ölüm cəzasını tələb edəcək

Dünya xəbərləri Materials 30 Yanvar 2014 23:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Prokurorluq Boston marafonunda terror aktında şübhəli bilinən Coxar Tsarnayev üçün ölüm cəzasını tələb edəcək. Trend Assoşieyted Press agentliyinə istinadən bu barədə ABŞ baş prokuroru Erik Holder cümə axşamı qərar verib.

Öz günahsızlığını bəyan edən Tsarnayev ötən ilin aprelində ikili terror aktının törədilməsində şübhəli şəxs qismində saxlanılıb. Terakt nəticəsində üç nəfər həlak olub və daha 250 nəfər xəsarət alıb, RİA Novosti məlumat verir.

Coxar Tsarnayevin qardaşı Tamerlan polislə atışma zamanı ölüb. Sağ qalmış şübhəli bilinən şəxsə qarşı ümumilikdə 30 ittiham irəli sürülüb, onlardan 17 ölüm hökmünü nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti