...

Türkiyədə terrorçular hərbi helikopteri atəşə tutublar

Dünya xəbərləri Materials 30 Aprel 2014 00:46 (UTC +04:00)
Türkiyənin Diyarbəkir vilayətində terrorçular hərbi helikopterə atəş açıblar.
Türkiyədə terrorçular hərbi helikopteri atəşə tutublar

Azərbaycan, Bakı, 30 aprel / Trend /

Türkiyənin Diyarbəkir vilayətində terrorçular hərbi helikopterə atəş açıblar. Trend "Anadolu" agentliyinə istinadən bu barədə çərşənbə axşamı məlumat verir.

Məlumata əsasən, helikopterə iki güllə dəyib.

Atəş nəticəsində xəsarət alan olmayıb.

Türkiyə təhlükəsizlik qüvvələri helikopterə atəş açan yaraqlıların ələ keçirilməsi üzrə əməliyyata başlayıblar.

Xəbər lenti

Xəbər lenti