...

Böyük Britaniyanın Baş naziri və İran Prezidenti 1979-cu ildən sonra ilk dəfə görüşəcəklər

Dünya xəbərləri Materials 23 Sentyabr 2014 10:33 (UTC +04:00)
Böyük Britaniyanın Baş naziri Devid Kemeron və İran Prezidenti Həsən Ruhani Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyaları çərçivəsində ikitərəfli görüş keçirmək niyyətindədirlər.
Böyük Britaniyanın Baş naziri və İran Prezidenti 1979-cu ildən sonra ilk dəfə görüşəcəklər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Böyük Britaniyanın Baş naziri Devid Kemeron və İran Prezidenti Həsən Ruhani Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyaları çərçivəsində ikitərəfli görüş keçirmək niyyətindədirlər. Trend xəbər verir ki, bu barədə "İnterfaks" çərşənbə axşamı Britaniya kabineti rəhbərinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bu, 1979-cu ildən bəri bu səviyyədə keçirilən ilk Britaniya-İran görüşü olacaq.

Müşahidəçilərin fikrincə, Kemeron İran Prezidentini "İslam Dövləti" (İD) qruplaşmasına qarşı beynəlxalq koalisiyaya qoşulmağın vacibliyinə inandırmağa çalışacaq. Bundan əvvəl İran koalisiyada iştirakdan imtina etmişdi.

Dünən ABŞ dövlət katibi Con Kerri İranın xarici işlər naziri Cəfər Zərif ilə görüşündə İranın İD ilə mübarizədə daha fəal rol oynaya biləcəyini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti