...

Nazarbayev yeni çağırışlara diqqət çəkdi

Dünya xəbərləri Materials 5 Noyabr 2014 17:05 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB ölkələrinin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 37-ci iclasının iştirakçıları ilə görüşüb.
Nazarbayev yeni çağırışlara diqqət çəkdi

Qazaxıstan, Astana, 5 noyabr /Trend, müxbir Daniyar Muxtarov/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB ölkələrinin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 37-ci iclasının iştirakçıları ilə görüşüb. Trend-in "Akorda"ya istinadən verdiyi məlumata görə, N.Nazarbayev görüş iştirakçılarını əməkdaşlığa çağırıb.

Yeni çağırışların olduğunu deyən Prezident terror təşkilatlarının fəallaşdığını vurğulayıb: "Buna görə də milli təhlükəsizlik və xüsusi xidmət orqanları işlərini əlaqələndirməlidirlər".

İclasda MDB məkanında təhlükəsizliik və xüsusi xidmət orqanlarının terrorizm və eksterimzlə mübarizə də daxil olmaqla qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Dövlət başçısı vurğulayıb ki, bütün vətəndaşların hüquqlarının bərabərliyinin qorunması və sabit sosial-iqtisadi inkişaf cəmiyyətin təhlükəsizliyinin və sabitliyinin təməlini təşkil edir: "Dünya iqtisadiyyatındakı çətinliklər və Ukraynadakı hadisələrlə əlaqədar yeni çağırışların yaxınlaşdığını hiss edirik. Buna görə də dövlətlər, ilk növbədə, daxili xarakterli tədbirlər görməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti