...

İslam Kərimovun Özbəkistan prezidenti postuna namizədliyi irəli sürülüb

Dünya xəbərləri Materials 15 Yanvar 2015 10:50 (UTC +04:00)
Məlum olduğu kimi, Özbəkistan Mərkəzi Seçki Komissiyası 26 dekabr 2014-cü ildə ölkə prezidentliyinə seçkilər üzrə seçki kampaniyasının başladığını elan edib.
İslam Kərimovun Özbəkistan prezidenti postuna namizədliyi irəli sürülüb

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Dəmir Əzizov/

Özbəkistan Sahibkarlar və İş Adamları Hərəkatı - Liberal Demokrat Partiyası cümə axşamı keçirilən qurultayda ölkənin fəaliyyətdə olan Prezidenti İslam Kərimovun namizədliyini yenidən bu posta irəli sürüb. Bu barədə Trend-ə partiyanın Siyasi Şurasından bildirilib.

Məlum olduğu kimi, Özbəkistan Mərkəzi Seçki Komissiyası 26 dekabr 2014-cü ildə ölkə prezidentliyinə seçkilər üzrə seçki kampaniyasının başladığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti