Azərbaycan, Bakı, 21 yanvar /Trend/
Ukraynanın "Sağ sektor" təşkilatının lideri Dmitri Yaroş ölkənin şərqində yaralanıb.
Trend-in çərşənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Ukrayna Ali Radasının deputatı D.Yaroş "Qrad" silahından yüngül qəlpə yarası alıb.
Onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.