...

Türkiyə parlamenti Yaponiya ilə AES inşa edilməsi barədə sazişi təsdiqləyib

Dünya xəbərləri Materials 1 Aprel 2015 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Böyük Millət Məclisi (TBMM) Qara Dəniz sahilindəki Sinop vilayətində ikinci atom elektrik stansiyasinin inşa edilməsi ilə bağlı Yaponiya ilə imzalanmış sazişi təsdiqləyib.

Sözügedən saziş 2013-cü ildə imzalanıb. Layihənin reallaşmasını 2023-cü ilə kimi bitirmək nəzərdə tutulur. AES ildə 40 milyard kilovatt/saat enerji istehsal edəcək.

Bundan əvvəl xəbər verilmişdi ki, 2015-ci ilin aprelində Türkiyədə birinci atom elektrik stansiyası olan "Akkuyu" üçün infratsrukturun yaradılmasına başlanılacaq. Bu AES-in inşaası Rusiyanın layihəsi ilə aparılacaq. Bu barədə məlumatı "Akkuyu Nuclear" SC-nin icraçı direktoru Fuad Axundov açıqlayıb.

Rusiya ilə Türkiyə arasında Mersində ilk AES-in tikilməsi ilə bağlı saziş 2010-cu ildə imzalanıb. Bu AES 4 ədəd su-su reaktoru ilə təchiz olunacaq. Hər enerji blokunun gücü 2100 meqavatt olacaq. Layihə dəyəri 20 milyard dollar olan AES ildə 35 milyard kilovatt/saat elektrik enerjisi istehsal edəcək.

"Akkuyu"nun ətraf mühitə təsirinə dair hesabat 2014-cü ilin dekabrında Türkiyə Təbii Sərvətlər və Şəhərsalma Nazirliyi tərəfindən təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti