...

Türkiyədə suriyalı qaçqınlarla hərbçilər arasında qarşıdurma yaranıb

Dünya xəbərləri Materials 1 May 2015 11:06 (UTC +04:00)
Türkiyənin Mardin vilayətində suriyalı mühacirlərlə hərbçilər arasında qarşıdurma yaranıb, dörd hərbçi xəsarət alıb.
Türkiyədə suriyalı qaçqınlarla hərbçilər arasında qarşıdurma yaranıb

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Mardin vilayətində suriyalı mühacirlərlə hərbçilər arasında qarşıdurma yaranıb, dörd hərbçi xəsarət alıb.

Trend-in "Milliyet"ə istinadən verdiyi məlumata görə, insident suriyalı qaçqınların Mardindəki düşərgəsində 66 nəfərin zəhərlənməsindən sonra baş verib. Bundan sonra düşərgədə iğtişaşlar başlayıb, türkiyəli hərbçilər asayişi təmin etmək üçün müdaxilə etməli olublar.

Nəticədə 17 suriyalı mühacir saxlanılıb.

Qeyd edək ki, Suriyadakı vətəndaş müharibəsi nəticəsində Türkiyə 1,6 milyon qaçqına sığınacaq verib.

Türkiyənin Fövqəladə Hallarla Mübarizə İdarəsinin (AFAD) məlumatına görə, Ankara suriyalı qaçqınların saxlanılmasına artıq 5,5 milyard dollardan çox vəsait xərcləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti