...

Türkiyə sahillərində gəmi batıb

Dünya xəbərləri Materials 23 İyun 2015 10:47 (UTC +04:00)
Türkiyənin Aralıq dənizi sahillərində göyərtəsində suriyalı qeyri-qanuni mühacirlər olan gəmi batıb.
Türkiyə sahillərində gəmi batıb

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Aralıq dənizi sahillərində göyərtəsində Yunanıstana qeyri-qanuni keçmək istəyən suriyalı mühacirlər olan gəmi batıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olub. Türkiyə Sahil Mühafizə Qüvvələri 65 nəfəri xilas edə bilib.

Xatırladaq ki, son bir ay ərzində Türkiyədə qeyri-qanuni yolla Yunanıstana keçmək istəyən 160 miqrant saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti