...

ABŞ-ın Türkiyədəki konsulluğuna silahlı hücum olub

Dünya xəbərləri Materials 10 Avqust 2015 10:34 (UTC +04:00)
Türkiyənin Sarıyer şəhərindəki ABŞ konsulluğunun binasına naməlum şəxslər tərəfindən silahlı hücum olub.
ABŞ-ın Türkiyədəki konsulluğuna silahlı hücum olub

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Türkiyənin İstanbul şəhərindəki ABŞ konsulluğunun binasına naməlum şəxslər tərəfindən silahlı hücum olub.

Trend-in Türkiyənin "Milliyet" qəzetinə istinadən verdiyi məlumata əsasən, hücum edənlərdən biri kişi, digəri qadın olub.

Hücum edənlərdən biri baş konsulluğun binasının yerləşdiyi İstinye rayonundakı evlərdən birində yaralı olaraq ələ keçirilib.

Bölgədə geniş miqyaslı əməliyyat keçirilib. Ərazidə çoxlu sayda təcili yardım maşınlarının olduğu bildirilir.

Hadisədən sonra konsulluğun binasında bomba axtarışı ilə bağlı əməliyyat keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti