Azərbaycan, Bakı, 19 avqust /Trend/
Avqustun 18-də Yerevanın Malatya-Sebastiya rayonunda öldürülən Vladimir Karapetyanın qətli ilə bağlı bir sıra istintaq hərəkətləri həyata keçirilib. Trend bu barədə "Armenia Today" saytına istinadən məlumat verir.
V.Karapetyanın cəsədi anası tərəfindən aşkarlanıb. Polisə də hadisə barədə o məlumat verib.
Məlumata görə, V.Karapetyanla böyük qardaşı arasında mübahisə düşüb. Nəticədə 27 yaşlı böyük qardaş kiçik qardaşın başına balta ilə 3 zərbə endirib.
Qətl aləti və paltar müsadirə edilərək ekspertizaya göndərilib.
İbtidai istintaq davam etdirilir.