...

Nazarbayev türk inteqrasiyası fondu yaratmağı təklif edib

Dünya xəbərləri Materials 11 Sentyabr 2015 17:00 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Astana şəhərində keçirilən Türkdili Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində ortaq türk inteqrasiyası fondunun yaradılmasını təklif edib.
Nazarbayev türk inteqrasiyası fondu yaratmağı təklif edib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Astana şəhərində keçirilən Türkdili Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində ortaq türk inteqrasiyası fondunun yaradılmasını təklif edib.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata əsasən, Prezident qeyd edib ki, ötən gün TDƏŞ-in Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanda yaradılan Türk Mədəniyyəti və İrsi Fondu, Qırğızıstanın təşəbbüskarı olduğu Köçəri Sivilizasiyası Mərkəzi ilə bağlı qərar qəbul edilib.

Onun sözlərinə görə, adıçəkilən institutların bütün maliyyə sənədləri bəyənilib: "Bu qurumların maliyyə vəziyyəti müxtəlif olduğundan ortaq türk inteqrasiyası fondu yaratmaq lazımdır. Bu işə işgüzar insanları və sponsorları cəlb etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti