...

Ankara polisi yeni partlayışların olmasından ehtiyat edir

Dünya xəbərləri Materials 10 Oktyabr 2015 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Ankara polisi terrorist-kamikadzelərin iştirakı ilə yeni partlayışların olmasından ehtiyat edir.

Trend-in məlumatına görə, bu barədə TRT Haber telekanalı xəbər verib.

Məlumatda qeyd olunur ki, Ankara polisi hadisə yerini mühasirəyə alıb.

Bildirilir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu teraktın törədilməsi ilə bağlı hökumətin təcili iclasını keçirəcəyi gözlənilir.

Qeyd edək ki, bu gün Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib. Ankara polisinin verdiyi məlumata görə, terror aktında ölənlərin sayı 30-a, yaralananların sayı isə 126-ya çatıb.

Terror aktının kamikadze tərəfindən törədilməsi istisna olunmur.

Məlumatda bildirilir ki, Ankara polisi terrorçuların yeni terror aktları törətməsindən ehtiyat edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti