...

İŞİD lideri Bağdadi ağır yaralanıb

Dünya xəbərləri Materials 12 Oktyabr 2015 02:14 (UTC +04:00)
Terror təşkilatı İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadi hava zərbəsi nəticəsində ağır yaralanıb
İŞİD lideri Bağdadi ağır yaralanıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Terror təşkilatı İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadi hava zərbəsi nəticəsində ağır yaralanıb.

Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Ənbarda İŞİD-ə qarşı döyüşən Sünni Şahvan Güclərinin komandiri Aşur əl-Mıhelavinin sözlərinə görə, Ənbarın Karabilə bölgəsində İŞİD liderinin avtomobil karvanına edilən hava hücumu nəticəsində Bağdadinin ağır yaralanması ilə bağlı kəşfiyyat məlumatları əldə olunub.

İraqın Daxili İşlər Nazirliyinin rəsmi internet saytında yayılan məlumata görə, ölkənin qərbindəki Ənbar vilayətində İŞİD-in avtomobil karvanına endirilən hava hücumunda çox sayda terrorçu öldürülüb. Ancaq öldürülənlər arasında Bağdadinin olub-olmaması barədə dəqiq məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti