...

Ərdoğan yeni hökumətin tərkibini təsdiq etdi (ƏLAVƏ OLUNUB-2)

Dünya xəbərləri Materials 24 Noyabr 2015 15:51 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə hökumətinin yeni tərkibini təsdiq edib.
Ərdoğan yeni hökumətin tərkibini təsdiq etdi (ƏLAVƏ OLUNUB-2)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə hökumətinin yeni tərkibini təsdiq edib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu dövlət başçısının təsdiqindən sonra yeni hökumətin tərkibini açıqlayıb.

Bəkir Bozdağ ədliyyə naziri, Volkan Bozkır Avropa İttifaqı işləri naziri, Mövlud Çavuşoğlu xarici işlər naziri, Berat Albayrak energetika və təbii sərvətlər naziri, Əfqan Ala daxili işlər naziri, Naci Ağbal maliyyə naziri, Mehmet Müəzzinoğlu səhiyyə naziri, İsmət Yılmaz milli müdafiə naziri, Səma Ramazanoğlu ailə və sosial siyasət məsələləri naziri, Fatma Güldemet Sarı isə şəhərsalma və ətraf mühit naziri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti