...

Ərdoğan: Türkiyə Rusiya ilə əlaqələri kəskinləşdirmək istəmir (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 25 Noyabr 2015 12:39 (UTC +04:00)
Türkiyə Rusiya ilə əlaqələri kəskinləşdirmək niyyətində deyil.
Ərdoğan: Türkiyə Rusiya ilə əlaqələri kəskinləşdirmək istəmir (ƏLAVƏ OLUNUB)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Rusiya ilə əlaqələri kəskinləşdirmək niyyətində deyil.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident qeyd edib ki, Türkiyə HHQ-nin son insidentədək ölkənin hava məkanını pozan Rusiya təyyarələrini vurmaması Ankaranın uzun müddət səbr etdiyinin bariz nümunəsidir: "Vurulmuş qırıcının Rusiyaya məxsus olmasını bu ölkənin rəsmi şəxslərindən öyrəndik. Türkiyə HHQ qırıcını vurmazdan əvvəl 10 dəfə müvafiq xəbərdarlıq edib".

Onun fikrincə, Rusiya HKQ-nin Suriyada hərbi əməliyyatlar apardığı rayonlarda "İslam dövləti" terror təşkilatının silahlıları yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti