Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Devid Kemeron parlamentarilərdən "İslam dövləti" əvəzinə DAİŞ (İŞİD ərəbcə - al-Dawla al-Islamiya al-Iraq al-Sham) abreviaturasından istifadə etməyi xahiş edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, D.Kemeron parlamentdə çıxışında qeyd edib ki, "İslam dövləti" terror qruplaşmasının İslam dini ilə heç bir əlaqəsi yoxdur.