Bakı. Trend:
Yanvarın 12-də İstanbuldakı Sultan Əhməd Meydanında törədilmiş terror aktı nəticəsində həlak olan alman turistlərin cənazələri Almaniyaya göndərilib.
Trend-in məlumatına görə, cənazələr İstanbul Atatürk Hava Limanından Almaniyaya məxsus hərbi yük təyyarəsi ilə yola salınıb.