...

Politoloq: MDB məkanında baş verənlər Rusiyada yeni siyasi maraq yaradıb

Dünya xəbərləri Materials 5 Fevral 2016 13:52 (UTC +04:00)
MDB məkanında baş verənlər Rusiyada yeni siyasi maraq yaradıb.
Politoloq: MDB məkanında baş verənlər Rusiyada yeni siyasi maraq yaradıb

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru

MDB məkanında baş verənlər Rusiyada yeni siyasi maraq yaradıb.

MDB məkanındakı dəyişikliklər maraqlı yanaşmaları üzə çıxardı:

I. V.Putin Rusiya tarixində ən uzun müddətli prezidentlərdən olsa da, bəzi mövzuları həmişə özündən kənarda saxlayıb. Amma bu yaxınlarda V.Putin kommunist ideyalarının ona yaxın olduğunu, kommunist partiya biletini hələ də saxladığını bəyan etdi. V.Putin Leninin SSRİ-nin tərkibindən olan respublikalara çıxmaq hüququ verdiyinə görə tənqid etdi. Bunlar az qala sensasiya kimi qəbul edilməlidi. Görünür, V.Putin SSRİ imperiyasının bərpası barədə düşünür və yaxud onun bu fikirləri Qərbin cari antirusiyaçılığına qarşı qoyulan mexanizmdir.

II. RF Xİ naziri S.Lavrov MDB üzv dövlətlərinin Rusiyadakı səfirləri ilə MDB formatında inteqrasiya işlərinin vacibliyini, birliyin müasir dünyanın reallıqlarına adaptasiyasının zəruriliyini müzakirə etdi. Bu

V.Putinin rəhbərlik etdiyi Rusiyanın MDB-ni SSRİ-yə çevirmək istiqamətində ən ciddi çağırışıdır.

III. Prezident V.Putin RF Təhlükəsizlik Şurasının həftəlik ənənəvi iclasların birində Moldovadakı vəziyyəti müzakirə etdi. Bu geosiyasi mesajdır. Ən azı ona görə ki, Moldovanın RF-lə coğrafi təması yoxdur. Coğrafi sərhəd olmasa da, oradakı qərbpərəst mitinqləri RF özü üçün təhlükə kimi görür.

IV. Avroparlament Rusiyanı MDB üzrə qonşularının avropapərəst kursuna maneçilik etməsini dayandırmağa çağırdı.

V. MDB üzvlərinin əksəriyyəti dünyada baş verən iqtisadi böhrandan əziyyət çəkirlər, milli valyutaları devalvasiya olunub. Bu məsələdə Qazaxıstan, Rusiya, Azərbaycan, Belarus və Ukrayna milli valyutaları ən çox əziyyət çəkənlər sırasındadır. RF-dən Ermənistana gələn pul köçürmələri 21 faiz azalmışdır.

VI. "Birlik Kuboku" ləğv edilə bilər "Birlik Kuboku" MDB dövlətlərinin futbol komandalarının təsis etdiyi kubok idi. Bu barədə məlumat verən Rusiya idman federasiyasının prezidenti V.Mutko bildirdi ki, SSRİ ilə əlaqəli nostalgiya ölüb, ona görə də "Bilik Kuboku" maraq kəsb etmir.

VII. İranın Qafqaz regionunu öz irsi hesab etməsi ilə bağlı fikirləri Rusiya ekspertləri yenidən gündəliyə gətirdilər. Ermənistana yaxınlığı ilə seçilən bu ekspertlər hesab edirlər ki, nüvə sanksiyalarını aradan qaldırılması Rusiyanın Qafqazdakı aktivliyini daha da artıracaqdır. İranın Rusiyadakı səfiri M.Sənayi RF Xİ-nazirinin müavini Q.Karasinlə ikitərəfli münasibətlərlə yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiya regionundakı vəziyyətləri də müzakirə etdi.

İndi MDB-nin müasir dünyanın reallıqlarına adaptasiyasının zəruriliyini bəyan edən Rusiya uzun müddət MDB zəiflətmək kursu aparırdı. MDB nin daxilindəki Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı, KTMT, Rusiya -Belarus İttifaqı, Gömrük İttifaqı, AİB -AİK və s kimi subregional qurumların məqsədi MDB-ni sıradan çıxarmaq idi. Bu subregional birliklərin yaradıcısı Rusiya idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti