...

İŞİD Avropada boyük terror aktları törətmək niyyətindədir

Dünya xəbərləri Materials 19 Fevral 2016 11:39 (UTC +04:00)
"İslam Dövləti" (İŞİD) terror təşkilatı Avropada boyük terror aktları törədə bilər.
İŞİD Avropada boyük terror aktları törətmək niyyətindədir

Bakı. Elçin Hüseynov - Trend:

"İslam Dövləti" (İŞİD) terror təşkilatı Avropada boyük terror aktları törədə bilər. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Evropol-un direktoru Rob Ueynrayt bildirib.

O, İsveçrənin "Neue Zuercher Zeitung" qəzetinə deyib ki, İŞİD və ya başqa dini terror təşkilatlardan birisi Avropada hücum təşkil etmək niyyətindədir: "Bunun məqsədi isə coxsaylı qurbanlardır".

R.Uenraytın sözlərinə görə, Avropa son 10 il ərzində ən böyük terror təhlükəsi ilə üz-üzədir: "Bu terror aktlarını həm yaraqlı dəstələr, həm ayrı-ayrı terrorçular həyata keçirə bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti