...

Norveç qaçqın axınını azaltmaq üçün qanunvericiliyini sərtləşdirəcək

Dünya xəbərləri Materials 5 Aprel 2016 20:29 (UTC +04:00)
Norveç hökuməti ölkəyə qaçqın axınını azaltmaq üçün miqrasiya qanunvericiliyini sərtləşdirmək niyyətindədir.
Norveç qaçqın axınını azaltmaq üçün qanunvericiliyini sərtləşdirəcək

Bakı. Elçin Hüseynov - Trend:

Norveç hökuməti ölkəyə qaçqın axınını azaltmaq üçün miqrasiya qanunvericiliyini sərtləşdirmək niyyətindədir. Trend TASS-a istinadən məlumat verir ki, bu barədə Norveçin miqrasiya və inteqrasiya işləri üzrə naziri Sulvi Listeyuq bildirib.

O deyib ki, qəbul ediləcək əlavələr Avropada ən sərt qanunlardan olacaq. Təkliflərə əsasən, daimi yaşamaq üçün icazə verilməsi şərtləri daha da mürəkkəbləşəcək. Həmin şəxslərin qarşısında Norveçdə 5 ildən (hazırda 3 il) az olmayaraq yaşamaq, dil testindən əlavə, ölkənin mədəniyyəti və ənənələrinə dair imtahanları vermək şərti qoyulacaq.

Bundan başqa, icazı almaq istəyən şəxs 12 ay ərzində özünü maliyyə baxımından təmin etmə iqtidarında olmalıdır. Müvəqqəti olaraq (3 il müddətinə) ailəsi ilə birgə yaşama qaydaları da sərtləşdiriləcək - bu bənd daha çox qaçqın statusu almaq istəyənlərə şamil olunacaq. Yaxın qohumunu yanına yaşamağa çagırmaq hüququ qaçqına yalnız 3 il oxuyub işlədikdən sonra verilə bilər. Və bu 3 il ərzində qaçqın ailəsini saxlamaq üçün kifayət qədər gəlir əldə etmilədir.

Yeni təkliflərə əsasən, miqrasiya orqanları istənilən halda qaçqının ailəsi ilə qovuşmaq istəyi barədə ərizəsinə rədd cavab verə bilər.

Norveç höküməti miqrasiya məsələlərində polisin və Nazirlər Kabinetinin səlahiyyətlərini artırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti