Avropa aviasərnişinlərinin vahid məlumat bazası olacaq

Dünya xəbərləri Xəbər 14 Aprel 2016 16:29 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Avropa Parlamenti aviasərnişinlərin vahid məlumat bazasının (PNR) yaradılmasına icazə verib. Trend AFP-yə istinadən xəbər verir ki, bu addım terrorizmlə mübarizə tədbirlərindən biri sayılır.

PNR sisteminin yaradılması və ABŞ ilə məlumatların paylaşmasına dair müzakirələr Avropa İttifaqında 3 ildən çoxdur aparılır. İndiyə kimi Avro Parlamenti vətəndaşların şəxsi məlumatlarının yayılmasından ehtiyat edərək bu təşəbbüsə razılıq vermirdi.

Avropa Komissiyasının nümayəndəsi Aleksander Vinterştayn bu qərarı alqışlayaraq deyib ki, PNR terrorizmlə mübarizədə polis bölmələri arasındakı məlumat mübadiləsini fəallaşdıracaq və Avropa vətəndaşlarının şəxsi məlumatlarının qorunmasına imkan verəcək.

Avropa İttifaqı Şurası yeni sənədi gələn həftə ərzində təsdiqləyəcəyini bəyan edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti