Bakı. Elçin Hüseynov - Trend:
Belarus və ABŞ münasibətləri "yüksələn və genişlənən müsbət atmosfer mərhələsindədir" və tam normallaşmağa hazırdır.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Vladimir Makey bildirib.
Nazir hesab edir ki, münasibətlərdə olan pozitiv meyl davam edəcək: "Hər iki tərəfdə münasibətlərin tam normallaşmasına hazırlıq var. Biz - kiçik bir ölkəyik və ABŞ-ın dünyada rolunu dərk edirik".
V.Makey deyib ki, hər iki tərəf səfikrliklər səviyyəsində hərtərəfli dialoqun bərpasına dair işlər aparır.