Bakı. Trend:
Tel-Əvivdə törədilən terror aktı iki fələstinli tərəfindən törədilib.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail polisinin mətbuat katibi Miki Rozenfeld bəyan edib.
"Tel-Əvivdə baş verən terror hücumu ilə bağlı araşdırma davam etdirilir. Terror aktını törədən iki fələstinli güc strukturları tərəfindən yaxalanıb", deyə M.Rozenfeld bildirib.