Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Devid Kemeron istefaya gedir.
Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
D.Kemeron bu ilin oktyabrında istefa vermək niyyətində olduğunu deyib: “Fikrimcə, ölkəni növbəti təyinat məntəqəsinə aparan kapitan olmaq mənim üçün düzgün olmazdı”.
Onun sözlərinə görə, Böyük Britaniyanın yeni rəhbərliyə ehtiyacı var.