Daşkənd. Dəmir Əzizov - Trend:
Özbəkistanın ilk Prezidenti İslam Kərimov bu gün Səmərqənddə "Şahi-Zində" qəbiristanlığında dəfn olunub.
Bu barədə Trend-ə dəfn mərasiminin təşkili üzrə dövlət komissiyasından məlumat verilib.
İ.Kərimova son mənzilə minlərlə insan - şəhər sakinləri, siyasətçilər, xarici ölkələrin nümayəndələri yola salıblar.
Mərhum Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan olunub.