Bakı. Trend:
İran ABŞ-ın RQ-170 pilotsuz təyyarəsinin oxşar modelini istehsal edib.
Trend Tasnim agentliyinə istinadən xəbər verir ki, Saeqeh (Şimşək) adlı dronlar uzun mənzillidir və 4 bomba daşımaq qabiliyyətinə malikdirlər. Yeni dronlar hədəfi dəqiqliklə vura bilirlər.
Yeni pilotsuz uçan aparatlar İranın əvvəl istehsal etdiyi və RQ-170 Sentinel amerika dronunun oxşarı hesab edilən "Simurq" nəslinə aiddir.
Qeyd edək ki, 2011-ci ilin dekabrında İranın ABŞ-a məxsus RQ-170 pilotsuz təyyarəsini vurması ilə bağlı məlumat yayılmışdı.