...

Hoteldə partlayış - 12 nəfər ölüb, dağıntılar altında qalanlar var

Dünya xəbərləri Materials 25 Oktyabr 2016 10:24 (UTC +04:00)
Keniyanın Somali və Efiopiya ilə sərhəddə yerləşən Mandera şəhərində xaricilər üçün hoteldə partlayış baş verib.
Hoteldə partlayış - 12 nəfər ölüb, dağıntılar altında qalanlar var

Bakı. Trend:

Keniyanın Somali və Efiopiya ilə sərhəddə yerləşən Mandera şəhərində xaricilər üçün hoteldə partlayış baş verib.

Trend "Standard Kenya"ya istinadən məlumat verir ki, partlayış nəticəsində azı 12 nəfərin ölməsi barədə məlumat verilib.

Polisin verdiyi məlumata görə, 10 nəfər məktəbə daxil olmaq üçün gəlmiş şəxs olub, bir nədər isə onları müşayiət edən şəhər sakini olub. Partlayışın 12-ci qurbanı haqqında hələ məlumat yoxdur.

Hadisə yerində xilasetmə işləri aparılır. Hazırda dağıntılar altından 10 nəfərin çıxarıldığı bildirilir, dağıntılar altında daha nə qədər adam olması barədə dəqiq məlumat yoxdur.

Polis binada yenə partlayışlar olmasından ehtiyat edir. Partlayışın "Əş-Şəbəb" terror birlşəməsi tərəfindən törədilməsi ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti