Bakı. Trend:
İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi Mosulu tərk edib. Bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson deyib.
Trend-in "Gazeta.ru"-ya istinadən verdiyi məlumata görə, nazir bunu istehza adlandırıb.
"Əl-Bağdadi özü şəhəri tərk edərək, digərlərini internet vasitəsi ilə ruhlandırmağa və Mosul uğrunda döyüşləri davam etdirməyə çağırıb", - Conson deyib.