Bakı. Trend:
ABŞ-ın Dövlət Departamenti İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin həbsi üçün yararlı olacaq məlumata görə mükafatın məbləğini artırıb.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Dövlət Departamenti mükafatın məbləğini 10 milyondan 25 milyon dollara çatdırıb.
ABŞ hökumətinin məlumatına görə, əl-Bağdadinin dəqiq yeri məlum deyil.