...

Devid Kemeron NATO-nun baş katibi ola bilər

Dünya xəbərləri Materials 29 Dekabr 2016 16:43 (UTC +04:00)
Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron NATO baş katibi vəzifəsinə mümkün namizədlərdən hesab olunur.
Devid Kemeron NATO-nun baş katibi ola bilər

Bakı. Trend:

Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron NATO baş katibi vəzifəsinə mümkün namizədlərdən hesab olunur. Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə “Daily Mail” qəzeti yazır.

Qəzetin əldə etdiyi məlumata görə, keçmiş baş nazirin hökumətdəki müttəfiqləri bu təyinatın Böyük Britaniya üçün xeyirli olacağını hesab edir. Bundan başqa D.Kemeronun da bu məsələni nəzərdən keçirməyə hazır olduğu bildirilib.

Mütəxəssislərin fikrincə, D.Kemeronun namizədliyi baş nazir Tereza Mey tərəfindən irəli sürülərsə, uğur əldə edə bilər. Keçmiş baş nazirin nümayəndəsi məsələni şərh etməyib.

Qeyd edəki ki, hazırda NATO-nun baş katibi Yens Stoltenberqdir. Onun 2018 və ya 2019-cu ildə vəzifə müddəti başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti