Bakı. Trend:
İranın müdafiə naziri briqada generalı Hüseyn Dehqan esmines və sualtı gəmilərin mühərriklərində nüvə enerjisindən istifadə etməyə çağırıb.
Trend-in məlumatına görə, H.Dehqan bildirib ki, sənaye mühərriklərin hazırlanması zamanı ekoloji problemlərə diqqət yetirməlidir.
Qeyd edək ki, bundan əvvəl İran ABŞ-ın çoxtərəfli nüvə sazişini pozması ilə əlaqədar cavab tədbirlərinə başladığını bəyan etmişdi.