Bakı. Trend:
İspaniya Latviyaya NATO-nun çoxmillətli qüvvələrinin tərkibinə daxil olacaq 300-ə yaxın hərbçi göndərəcək.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu krallığın müdafiə nazirliyi deyib.
Bu mövzunu Brüsseldə keçirilən NATO ölkələrinin hərbi idarələrinin rəhbələrinin görüşlərində müdafiə naziri Mariya Dolores de Kospedal müzakirə edir.
Məlumatda deyilir ki, İspaniya Latviyaya 6 "Leopard 2E" tankı və tırtıllı zirehli transportyorlar da göndərəcək. Lakin İspaniya Müdafiə Nazirliyi NATO batalyonu çərçivəsində İspaniya kontingentinin
vəzifəsi barədə məlumat verməkdən imtina edib