Bakı. Trend:
Vladimir Putin xarici ödəniş sistemləri vasitəsilə Rusiyadan Ukraynaya pul köçürmələrini qadağan edən qanunu imzalayıb.
Trend-in məlumatına görə, qanun rəsmi mətbuatda dərc olunmasından 30 gündən sonra qüvvəyə minəcək.
Qanuna əsasən, əgər xarici dövlət Rusiya ödəniş sistemlərinə qadağa qoyubsa, bu ölkəyə pul köçürmələrini yalnız RF-dən və dövlətin nəzarət etdiyi ödəniş sistemləri vasitəsilə həyata keçirmək mümkündür.
Bundan əvvəl deputat Vladislav Reznik bildirmişdi ki, sənəd Ukraynada Rusiya ödəniş sistemlərinə qadağa qoyulmasının mənfi nəticələrini aradan qaldırmağa hesablanıb.