...

Tramp Senatda səsvermə qaydalarından narazıdır: SADƏLƏŞDİRİLMƏLİDİR

Dünya xəbərləri Materials 30 May 2017 20:52 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində Senatda qanun layihələrinə səsvermə qaydalarını dəyişməyə çağırıb.

Trend-in məlumatına görə, hazırda ABŞ qanunvericiliyinə əsasən, Senatda hər hansı qanun layihəsinin qəbulu üçün 100 senatordan üçdə ikisinin səsi lazımdır. Respublikaçılar isə hazırda Senatda 52 yerə sahibdirlər. Bu səbəbdən hakimiyyətə qanun layihəsini qəbul etmək üçün müxalifətdə olan demokratların da razılığı lazım olur.

Tramp isə problemi həll etmək üçün Senatda sadə səs çoxluğunun tətbiqini tələb edir.

Ağ Evin hazırki rəhbəri artıq bir neçə dəfə Konqresin reqlamentini tənqid edib. O, bildirib ki, sistem həddən artıq bürokratikləşib, Konqresin , xüsusilə də Senatın iş qaydası köhnəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti