...

ABŞ HHQ qərargah rəisi: Kosmosda da müharibə aparacağıq

Dünya xəbərləri Materials 6 İyun 2017 21:49 (UTC +04:00)
ABŞ Silahlı Qüvvələri kosmik məkanı hərbi əməliyyatlar üçün potensial məkan kimi nəzərdən keçirməlidir.
ABŞ HHQ qərargah rəisi: Kosmosda da müharibə aparacağıq

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri kosmik məkanı hərbi əməliyyatlar üçün potensial məkan kimi nəzərdən keçirməlidir.

Trend-in məlumatına görə, bunu ABŞ Hərbi Hava Qüvvələri qərargahını rəisi Devid Qoldfin ABŞ Konresinin Senatında deyib.

Onun sözlərinə görə, bu, ABŞ üçün prioritet məsələlərdən biridir.

Qərargah rəisi deyib: "Kosmosla bağlı münasibətlərin necə dəyişdiyini izləyirik. Əvvəllər kosmos sülh məkanı kimi qəbul edilirdi, oradan müşahidələr aparılırdı. İndi isə kosmos elə bir zonaya çevrilir ki, biz orada vuruşmalı, qələbə qazanmalı, fəth etməli və kosmik üstünlüyü qoruyub saxlamalıyıq".

Xəbər lenti

Xəbər lenti