...

Koalisiya İŞİD-in başçısının ölümünü təsdiq edə bilmir

Dünya xəbərləri Materials 11 İyul 2017 22:25 (UTC +04:00)
"İslam dövləti" terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiya İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadinin ölümünü təsdiq və ya təkzib edə bilmir
Koalisiya İŞİD-in başçısının ölümünü təsdiq edə bilmir

Bakı. Trend:

"İslam dövləti" terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiya İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadinin ölümünü təsdiq və ya təkzib edə bilmir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu əməliyyata başçılıq edən amerikalı general Stiven Tausend deyib.

Tausend jurnalistlərə bildirib: "Əl-Bağdadinin ölü və ya diri olması haqda məlumatı təsdiq və ya təkzib edə bilmirəm",

Qeyd edək ki, bir müddət əvvəl İraqın "Sumariya news" xəbər portalı İŞİD sıralarında olan mənbəyə istinadən əl-Bağdadinin öldüyü haqda məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti