...

Təyyarədə problem - Antalyaya reys təxirə salındı

Dünya xəbərləri Materials 12 İyul 2017 17:20 (UTC +04:00)

Bakı. Trend:

Tatarıstanın Kazan hava limanında Türkiyənin “Atlas-Global” aviaşirkətinə məxsus təyyarə şassi dayağını zədələyib. Trend-in məlumatına görə, bu səbəbdən Kazan-Antalya reysi təxirə salınıb.

Hadisə ilə əlaqədar təyyarənin 211 sərnişini gözləmə zalına qaytarılıb.

Hazırda sərnişinlər üçün əlavə reysin ayrılması barədə tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti