...

Yaponiyada İSTİ 6 nəfəri öldürdü

Dünya xəbərləri Materials 25 İyul 2017 09:17 (UTC +04:00)
Yaponiyada kəskin istilər səbəbindən 6 nəfər dünyasını dəyişib, təxminən 6 mindən çox adam isə xəstəxanalara yerləşdirilib.
Yaponiyada İSTİ 6 nəfəri öldürdü

Bakı. Trend:

Yaponiyada kəskin istilər səbəbindən 6 nəfər dünyasını dəyişib, təxminən 6 mindən çox adam isə xəstəxanalara yerləşdirilib.

Trend-in məlumatına görə, təcili-tibbi yardım xəstəxanalara yerləşdirilənlərin yarıdan çoxunun yaşının 60-dan yuxarı olduğunu qeyd edib.

İstilər daha çox müşahidə edilən ərazilər isə Tokio ətrafı, Osaka, Xyoqo, Saitama, Fukuoka, Aiti, eləcə də Xokkaydo adaları olub.

Meteoroloqlar isti havanın hələ yaxın günlərdə də davam edəcəyini bildiriblər. Əhaliyə açıq havada çox qalmamaq, daim sərinləşdirici içki, su qəbul etmək və kondisionerli məkanda olmaq tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti