Bakı. Trend:
ABŞ senatı Federal təhqiqatlar bürosunun direktoru postuna Kristofer Reyin namizədliyini təsdiqləyib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yeni direktorun lehinə 100 senatorun əksəriyyəti səs verib.
Rey bir müddət əvvəl Konqresin yuxarı palatasının hüquq komitəsinin üzvlərinin razılığını alıb.