Bakı. Trend:
Karib dənizində Dominikada "Mariya" qasırğası nəticəsində azı 30 nəfər ölüb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda telesur telekanalı xəbər verib.
Daha əvvəl 15 nəfərin həlak olması barədə xəbər verilirdi.
Qeyd edək ki, "Mariya" son iki həftə ərzində ikinci güclü qasırğadır. Sentyabrın əvvəlində "İrma" qasırğası nəticəsində daha 40 nəfər ölüb.