...

"Tesla" Çində avtomobil zavodu tikmək istəyir

Dünya xəbərləri Materials 23 Oktyabr 2017 14:59 (UTC +04:00)
"Tesla" Şanxayda azad ticarət zonasının ərazisində zavod inşa etmək niyyətindədir.
"Tesla" Çində avtomobil zavodu tikmək istəyir

Bakı. Trend:

ABŞ-ın avtomobil istehsalçısı "Tesla" Şanxayda azad ticarət zonasının ərazisində zavod inşa etmək niyyətindədir.

Trend-in məlumatına görə, şirkət yerli hakimiyyətlə tamamilə "Tesla"ya məxsus olacaq istehsalat müəssisənin təşkili barədə razılığa gəlib.

Hazırda tərəflər sazişin təfərrüatları üzərində çalışırlar.

Yeni zavod "Tesla"ya avtomobil ixracı üçün regionda baza yaratmağa imkan verəcək.

Xatırladaq ki, elektromobillər istehsal edən "Tesla" şirkəti 2003-cü ildə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti