...

Türkiyənin "itən" gəmisindən xəbər var

Dünya xəbərləri Materials 1 Noyabr 2017 13:53 (UTC +04:00)
Qara dənizdə Türkiyəyə məxsus yük gəmisinin axtarışları davam edir
Türkiyənin "itən" gəmisindən xəbər var

İlk xəbər 11:38-də yayımlanıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Qara dənizdə Türkiyəyə məxsus itən yük gəmisində işləmiş 4 dənizçinin cəsədi tapılıb. Trend-in məlumatına görə, gəminin və digər ekipaj üzvlərinin axtarışı davam edir.

X X X

Qara dənizdə Türkiyəyə məxsus itən yük gəmisinin axtarışları davam edir.

Trend-in məlumatına görə, itən gəminin göyərtəsində 10 nəfər adam olub.

Axtarışlar Türkiyə Sahil-Mühafizə Xidməti tərəfindən aparılır.

Qeyd edək ki, bu gün Qara dəniz sahillərində, İstanbul regionunda yük gəmisi radarların nəzarətindən itib.

Xəbər lenti

Xəbər lenti