...

"Apple"dan tarixi etiraf: Yeni smartfonlar qüsurludur

Dünya xəbərləri Materials 10 Noyabr 2017 17:20 (UTC +04:00)
“Apple” şirkəti yeni “iPhone X” smartfonlarında qüsurların olduğunu etiraf edib.
"Apple"dan tarixi etiraf: Yeni smartfonlar qüsurludur

Bakı. Trend:

“Apple” şirkəti yeni “iPhone X” smartfonlarında qüsurların olduğunu etiraf edib.

Trend-in məlumatına görə, şirkət soyuq havada sensorlu ekranın toxunuşlara reaksiya vermədiyini bildirib.

Qeyd olunur ki, daha öncə istifadəçilər sıfır dərəcəyə yaxın hava şəraitində telefonun ekranının işləmədiyini bildiriblər. Bundan sonra “Apple” şirkəti bu qüsurun mövcud olduğunu etiraf edib.

Şirkət bu problemin növbəti yenilənmə zamanı aradan qaldırılacağını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti