...

Almaniyada məktəblilərin olduğu avtobus qəzaya uğrayıb

Dünya xəbərləri Materials 15 Noyabr 2017 18:09 (UTC +04:00)
Almaniyanın Aşağı Saksoniya federal torpağında avtobusla minik maşını toqquşub.
Almaniyada məktəblilərin olduğu avtobus qəzaya uğrayıb

Bakı. Trend:

Almaniyanın Aşağı Saksoniya federal torpağında məktəbliləri aparan avtobusla minik maşını toqquşub. Trend-in məlumatına görə, qəza nəticəsində 20-yə yaxın məktəblinin xəsarət aldığı bildirilir.

Məlumata görə, qəza zamanı avtobusda 40 şagird olub.

Avtobus sürücüsünün də ağır xəsarətlələrlə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Qəzanın baş vermə səbəbləri məlum deyil.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti