...

Sakit Okeanda 7,3 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 20 Noyabr 2017 04:03 (UTC +04:00)

Bakı. Trend:

Sakit Okeanda Yeni Kaledoniya sahillərində 7,3 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi var.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verir.

Təkanlar UTC vaxtı ilə bazar günü saat 22.43-da qeydə alınıb. Zəlzələnin episentri Tadin şəhərindən 69 kilometr şimal-şərqdə yerləşib, ocağı 25 kilometr dərinlikdə olub.

Dağıntılar, ölən və yaralanlar haqqında məlumatlar daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti